Finlandiya Türkiyəyə silah embarqosunu ləğv etdi

Finlandiya 2019-cu ildən Türkiyəyə tətbiq etdiyi silah embarqosunu ləğv edib.

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Türkiyəyə hərbi texnika ixracına qoyulan embarqo ləğv edildi və ona satış üçün lisenziya verildi.

Qeyd edək ki, silah satışı icazəsi Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünü təsdiqləmək üçün irəli sürdüyü şərtlərdən biri idi.