2 iyunda İstanbulda keçirilməsi planlaşdırılan danışıqlara təqdim ediləcək Ukrayna memorandumunda Rusiyaya qarşı tətbiq edilən sanksiyaların mərhələli şəkildə ləğvinə razılıq verildiyi qeyd olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Obshchestvennoye. Novosti” nəşri yayıb. Nəşr memorandumun tam mətnini əldə etdiyini bildirib.
Sənəddə deyilir:
“Sanksiyalar: bəzi məhdudiyyətlər Rusiyadan götürülə bilər, lakin bu yalnız mərhələli və tədricən baş verəcək”.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu 2 iyun tarixində İstanbulda baş tutacaq. Birinci raund isə 16 mayda keçirilmişdi.
Aysel Əliyeva
Globalinfo.az