Fəvvarələr meydanındakı qanunsuz tikintinin qarşısı alındı – FOTO

Bakı şəhəri Səbail rayonu Nigar Rəfibəyli küçəsi və Əhməd Cavad küçəsinin kəsişdiyi (Fəvvarələr Meydanı) ünvanda qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı daxil olmuş sorğuya əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı sözügedən ərazidə özbaşına tikinti faktı təsdiqlənib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Globalinfo.az-a verilən xəbərə görə, sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından 29 mart 2024-cü il tarixində axşam saatlarında özbaşına tikintinin Baş İdarə və aidiyyəti qurumlarla birlikdə qarşısı alınaraq müvafiq qaydada söküntüsü təmin edilib.

Dövlət Komitəsi Fəvvarələr meydanındakı qanunsuz tikintinin qarşısını alıb