Övladlığa verilmiş uşaqların sayı açıqlandı

Övladlığa götürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunduğu 1 noyabr 2019-cu il tarixindən indiyədək 504 uşaq övladlığa verilib.

Sosial Xidmətlər Agentliyindən Globalinfo.az-a verilən məlumata görə, onlardan 253-ü oğlan, 251-i isə qızdır.

Məlumatda qeyd edilib ki, 18 yaşınadək əlilliyi olan şəxslərin övladlığa götürülməsinin təşviq edilməsi məqsədi ilə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir.