Fermadan inək və it oğurlayan çoban tutuldu

Salyanda çoban oğurluq edib.

DİN-dən Globalinfo.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qardili kəndi ərazisindəki bir fermadan 4 baş inəyi və “Kanqal” cinsli iti oğurlamaqda şübhəli bilinən çoban, Ağsu rayon sakini Həbib Mehdiyev saxlanılıb.

Araşdırma aparılır.