“Fənərbağça”dan 14 futbolçu ayrılır – Adlar

“Fənərbağça” klubunda 14 ayrılıq gözlənilir.

Globalinfo.az Offsideplus.az-a istinadən xəbər verir ki, “sarı-lacivərtlər”in heyətində Valensiya və Zaytsın müqavilələrinin müddəti başa çatıb, Bruma isə satılıb.

“Sözcü”nün yaydığı məlumata görə, gənc oyunçulardan Burak Kapacak, Çağtay Kurukalıp, Tiaqo Çukur, Eyüp Akcan və Emre Demirin yenidən icarəyə göndərilməsi gözlənilir.

Yeni mövsümdə heyətdə düşünülməyən Berişa, Samatta, Enrike, Nazım, Rossi, Pedro, Serdar Dursun, Osayi ve Krespo daxil olmaqla ən azı 14 oyunçu ilə yollar ayrılacaq.