“Fənərbağça” Türkiyə Kubokunun qalibi oldu

“Fənərbağça” Türkiyə Kubokunun İzmirdəki Göztəpə stadionunda keçirilən finalında “İstanbul Başakşehir”ə qalib gəlib.

Globalinfo.az xəbər verir ki, oyun “Fənərbağça”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Final oyununun qəhrəmanı isə dubla imza atan Mişi Batşuayi olub. Belçikalı hücumçu 18 yaşlı Arda Gülərin ötürməsi ilə artıq matçın ilk dəqiqəsində ilk qolu vurub. Qarşılaşmanın 29-cu dəqiqəsində Batşuayi komandasının hesabdakı üstünlüyünü ikiqat artırıb.

Nəticədə, “Fənərbağça” tarixində 7-ci Türkiyə Kubokunu qazanıb.