muharibe top

Ermənistan 90-cı illərdən daha pis vəziyyətə düşəcək.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Alen Gevondyan deyib.

“Nikol Paşinyan çıxışlarında şifahi razılaşmalar haqqında dozalı informasiyalar verir. Bu həm ənənə, həm də metodologiyadır. Baş nazirin son açıqlamaları hakimiyyətin ölkə daxilində Rusiya qoşunlarının hərəkətini izləmək üçün Avropa Birliyinə kəşfiyyat şəbəkəsini qurmağa izin verdiyini göstərir. Unutmayaq ki, İran öz sərhədlərində regiondan kənar qüvvələrin mövcudluğuna sərt reaksiya verəcək. Böyük ehtimalla missiyanın tərkibinə müşahidəçilər daxil olmayacaq, missiya özü isə Bakının qarşısını almağa təsir göstərməyəcək. Bütün bunlar Rusiya-Qərb qarşıdurması fonunda baş verir və ən pis ssenari üzrə gedir. Yəni Paşinyan Ermənistanı döyüş meydanına çevirir. Bu halda isə bizi 90-cı illəri cənnət kimi xatırlayacağımız fəlakət gözləyir”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: