Türkiyə Super Liqasında “MKE Ankaragücü” futbol klubunun prezidenti Faruk Qocanın “Çaykur Rizespor”la oyunda baş hakimi döyməsi ilə bağlı yaranan gərginlik böyüyür.
Globalinfo.az xəbər verir ki, Türkiyənin sabiq futbol hakimi, idman aparıcısı Əhməd Çakarın “Dərin Futbol” verilişində F.Qocaya dediyi sözlər ölkə gündəmində müzakirələrə səbəb olub.
A.Çakar hakimi döyən klub prezidentinin İranla münasibətlərinin olduğu deyib:
“Hörmətli, Faruk Qoca, adam kimi cavab verəcəksən! Mənə İranla münasibətlərindən danış. Bu ölkədə futbolda problemlər var idi, amma sən qan tökdün. Niyə tökdün? O şəkər xəstəliyi açıqlamalarına inanmaram. Mənə və bütün Türkiyəyə İranla münasibətlərindən danışmalısan. Türk futbol hakimləri, oyunlara çıxmayın”.
Qeyd edək ki, Türkiyə Super Liqasında keçirilən “MKE Ankaragücü” – “Çaykur Rizespor” matçında “MKE Ankaragücü”nün prezidenti Faruk Qoca baş hakim Halit Umut Melerə hücum edib.
Ayşən Mustafa
Globalinfo.az