SON DƏQİQƏ: İstanbulda zəlzələ oldu – qorxunc proqnoz reallaşır?

Türkiyənin İstanbul şəhərində 4,1 bal gücündə zəlzələ baş verib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ ocağının Mərmərə dənizin Yalova sahillərində 11, 18 kilometr dərinlikdə olduğu bildirilir.

Xatırladaq ki, 6 fevralda baş verən dəhşətli zəlzələdən sonra Türkiyənin bəzi bölgələrində güclü zəlzələnin olacağına dair intensiv proqnozlar verilir. Yeraltı təkanların olacağı şəhərlər sırasında İstanbulun da adı çəkilir. 1999-cu ildəki zəlzələdə İstanbulda böyük dağıntı və tələfat olmuşdu.

Bu günlərdə isə Türkiyənin tanınmış seysmoloqu Naci Görür qatıldığı proqramda ağlayaraq 18 əyalətə dəhşətli zəlzələ gölənildiyini bildirmişdi. Görür həmin vilayətlər üçün “Aqibətləri Hatay və Maraş kimi olacaq” demişdi.

Əliyar Xəlil
Globalinfo.az