Aktyor Makoley Kalkin “Evdə Tək” (“Home Alone”) franşizasının yeni filmi üçün “Disney” rəhbərliyinə öz ideyasını təqdim edib.
Globalinfo.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
“Kalkin yaxın vaxtlarda studiyanın Berbankdakı rəhbər heyəti ilə görüşərək layihəsini təqdim edib. Bildirilir ki, Disney rəhbərliyi ideyanı yüksək qiymətləndirib, lakin süjetin detalları hələ açıqlanmayıb.
İlkin məlumata əsasən, layihə aktyorun ötən il “Evdə Tək” filminin yubiley tədbirində səsləndirdiyi konsepsiyaya söykənə bilər. Bu versiyada Kevin artıq təkbaşına övlad böyüdən atadır. Oğlu atasının ona kifayət qədər vaxt ayırmadığını düşünərək Kevini evdən kənarda kilidləyir və onun geri qayıtmaması üçün müxtəlif tələlər qurur”, – deyə bildirilib.
Qeyd edək ki, Makaulay Kalkin ilk dəfə 9 yaşında Kevin Makkallister obrazını canlandırıb. Orijinal film Milad mövsümünün klassik ekran əsərlərindən birinə çevrilib və sonradan çəkilən davam filmi də böyük uğur qazanıb.
Əliyar Xəlil
Globalinfo.az