Ermənistanla sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb.
Globalinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, 2 maddə ilə bağlı işlər isə davam edir.
Ceyhun Bayramov qeyd edib ki, postmünaqişə dövründə Azərbaycan və Ermənistan sülh danışıqlarını və mətn üzrə mübadilələri davam etdiriblər.