Günah İrəvandadır, bizdə deyil – Lukaşenko

755868606286933

“İrəvanla münasibətlərin gərginləşməsində Minskin heç bir günahı yoxdur”

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib ki, Ermənistanla münasibətlərin yaxşılaşmasının əleyhinə deyil:

“Belaruslar ermənilərə hər cür yardım göstərib. Onlarla əməkdaşlıq etmişik. Amma İrəvan Qərbə, Avropa İttifaqına istiqamətlənmək istəyir”.

Qeyd edək ki, Belarus və Ermənistanın münasibətləri iyunun ortalarından etibarən pisləşib. Nəticədə hər iki ölkə səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Əliyar Xəlil
Globalinfo.az