322051 x363 quality90

“Ermənistanı Ramzan Kadırov kimi adam idarə etməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Erməni Apostol Kilsəsinin keçmiş keşişi Aram (Stepan ) Asatryan deyib.

“Məndən əvvəl əhdlərini pozan çoxlu keşişlər olub, lakin onlar hələ də kilsədə xidmət edirlər. Amma razılaşmadığı neqativ hallara qarşı çıxmağa cəsarət edən Aram (özünü nəzərdə tutur -red) artıq onların gözündə keşiş deyil”.

Asatryan Ermənistanda Kadırov kimi liderin hakimiyyətdə olmasını arzuladığını bildirib və 2020-ci ildən öncəki mövqeyini yenidən təkrarlayıb.

“Mən hələ də Kadırov kimi lider istəyirəm və bunun səhv olduğunu düşünmürəm. Siz Kadırovu diktator hesab edirsiniz? Çeçenistanda eyni şeyi deyə bilərsinizmi?”, – Asatryan vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az 

Paylaş: