Zəngəzur müharibəsi harada və nə vaxt başlayacaq? – Erməni generalın cavabı

“Azərbaycanla müharibə hələ bitməyib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan deyib.

Jurnalistin “çoxları deyir ki, sülh müqaviləsinin imzalanması Zəngəzurda baş verəcək müharibənin qarşısını ala bilməyəcək” iddiasına erməni general belə cavab verib:

“Müharibə istisna deyil, çünki Bakının verdiyi bəyanatlar və irəli sürdüyü tələblər bizi bunu düşünməyə vadar edir. Müharibənin hansı miqyasda olacağı, harada, nə vaxt başlayacağı və necə davam edəcəyi bir az fərqli məsələdir”.

İstər Vətən müharibəsində, istərsə də sonrakı dönəmdə sarsıdıcı zərbələr alan Ermənistan silahlı qüvvələrinin vəziyyətindən danışan Xaçatryan deyib ki, guya ordu müqavimət göstərməyə hazırdır:

“Sadəcə olaraq müqaviməti təşkil etmək, təmin etmək, şərait yaratmaq lazımdır. Əgər onlar yerinə yetirilməyibsə, heç nə etmək barədə danışmağa ehtiyac yoxdur”.

Qeyd edək ki, rəsmi Bakı daha əvvəl heç bir ölkəyə ərazi iddiasının olmadığını dəfələrlə bəyan edib.

Aqşin
Globalinfo.az