Ermənistanda Rusiyanın Birinci Kanalının yayımı müvəqqəti olaraq dayandırılıb.
Globalinfo.az xəbər verir ki, Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan deyib.
O bildirib ki, Birinci Kanal 2,5 ay ərzində öz müqavilə öhdəliklərini yerinə yetirməyib.
Ayrapetyan əlavə edib ki, yayım borc tam ödənilənə qədər dayandırılıb.
Xatırladaq ki, mayın 7-də Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin maraqlarına hörmət etməyən Rusiya kanallarının Ermənistanda yayımının dayandırılacağını bildirib.
Müşviq Tofiqoğlu
Globalinfo.az