default

Ermənistan MTX-nin zabiti Aram Robertoviç Qasparyan həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, o, 2021-ci ilin aprelində Sünikdə baş verən hadisələrə təşkilatçılıq etməkdə ittiham olunur.

“Maraqlısı odur ki, Nikol Paşinyan bunu bir neçə gün öncə dilə gətirdi və üstündən 1-2 gün keçməmiş artıq Qasparyan saxlanılanlar siyahısındadır”, – erməni KİV yazır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: