Ruben Rubinyan 576x375 1

Ermənistan parlamentinin (Milli Assambleya) sədri vəzifəsinə yeganə namizəd kimi hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Ruben Rubinyan irəli sürülüb.

Globalinfo.az xəbər verir ki, onun namizədliyini parlamentin ilk iclasında fraksiya rəhbəri Arusyak Manavazyan təqdim edib.

O, Rubinyanın təşkilatçılıq bacarıqları və siyasi təcrübəsinin parlamentin işinin səmərəli idarə olunmasına töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, Ruben Rubinyan hazırda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə Ermənistanın xüsusi nümayəndəsidir. O, daha əvvəl bəyan edib ki, parlament sədri seçiləcəyi təqdirdə bu vəzifəni davam etdirməyəcək.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: