Ermənistanda nazirliklərin bu səhvi gülüşə səbəb oldu

Ermənistan Milli Assambleyasının sədr müavini Akop Arşakyandan sonra Ermənistanın İdman Nazirliyi də özünü gülünc vəziyyətə salıb.

Globalinfo.az xəbər verir ki, qurumlar fevral ayının 30-31 gündən ibarət olduğunu düşünürlər.

Belə k, bir neçə il öncə A.Arşakyan çıxışı zamanı 31 mart əvəzinə, 31 fevral demişdi. İndi də Ermənistan İdman Nazirliyinin saytındakı məlumatına görə, Dünya Kubokunun birinci və ikinci mərhələlərinə hazırlaşan Ermənistanın gimnastika komandası yanvarın 30-dan fevralın 30-dək Gürcüstanda təlim-məşq toplanışı keçirəcək.

Jurnalistlər Təhsil və Mədəniyyət nazirliklərinin bu kobud səhvini lağa qoyublar. Onlar yazıblar ki, görünür nazirlik mövcud olmayan 30 və 31 fevralı çox sevir.

Zaira Akifqızı
Globalinfo.az