Ermənistanda An-2 hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Shamsyan” məlumat yayıb.
Hadisə yerinə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə qrupu və Müdafiə Nazirliyinin nümayəndələri gedib. MN təyyarənin təlim uçuşu zamanı qəzaya uğradığını açıqlayıb.
Məlumata görə, hadisə nəticəsində təyyarədə olan 2 nəfər ölüb.
Məsələ ilə bağlı araşdırma aparılır.
Ayşən Mustafa
Globalinfo.az