Ermənistanda güclü partlayış: ölənlər var – FOTO

Ermənistanın Kotayk mərzində yerləşən Abovyan zavodunda güclü partlayış olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Partlayış nəticəsində ölənlərin olduğu bildirilir.

Hadisə yerinə Ermənistan Daxili İşlər Nazirliyinin Regional Xilasetmə İdarəsinin yanğın-xilasetmə dəstəsi, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Təyinatlı Xilasetmə Əməliyyatları Mərkəzinin xilasetmə qrupu cəlb olunub.

Həmçinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi də hadisə yerinə gedib.

Əliyar Xəlil
Globalinfo.az