Ermənistanda əsir hərbçimizə hökm oxundu

(Aqşin Bəbirov sağda)

Əlverişsiz hava şəraiti səbəbi ilə Ermənistan ərazisinə keçən və bu zaman əsir götürülərək işgəncələrə məruz qalan azərbaycanlı həbrçilərdən Aqşin Bəbirovun işi üzrə Ermənistanda məhkəmə hökmü çıxarılıb.

Globalinfo.az xəbər verir ki, Ermənistan prokurorluğunun məlumatına əsasən, 2004-cü il təvəllüdlü A.Bəbirov 11 il 6 ay 15 gün müddətində azadlıqdan məhrum edilib.

O, Ermənistan sərhədini qanunsuz keçməkdə, dövlət sərhədindən qanunsuz olaraq döyüş sursatı və odlu silah keçirməkdə təqsirli bilinib.

Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Ayşən Mustafa
Globalinfo.az