2918146

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı agentlikdən ayrılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

Məsələ ilə bağlı Globalinfo.az – a açıqlamasında bildirib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində fəaliyyətini davam etdirir.

“Bundan sonra agentliyin tabeliyində olan digər publik hüquqi şəxsin mətbuat xidmətində çalışacağam. İşdən azad olunmamışam”, – A.Cəbrayılı bildirib.

Xatırladaq ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin mətbuat xidmətinə yeni rəhbər təyin olunub. Bu günə kimi sözügedən vəzifəni Anar Cəbrayıllı icra edirdi.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: