Ermənistanda terrorizm və hakimiyyətin ələ keçirilməsinə hazırlıqla bağlı cinayət işi çərçivəsində 15 nəfər saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, axtarışlar zamanı şübhəlilərin evində küçədə elektrik və internet naqillərini zədələmək üçün nəzərdə tutulmuş çoxlu sayda yanar əşyalar aşkar edilib.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin vəsatəti əsasında prokuror 16 nəfər barəsində cinayət işinin başlanması barədə qərar çıxarıb.
İyunun 25-də Ermənistan İstintaq Komitəsi “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanı və onun tərəfdaşlarını hakimiyyəti ələ keçirmək məqsədi ilə terror aktları hazırlamaqda ittiham edib.
Əliyar Xəlil
Globalinfo.az