Tramp 1 900x506 2

ABŞ Prezidenti Donald Tramp Aralıq Konqres seçkilərinə bir həftədən az vaxt qalmış keçirilən seçki mitinqində diqqətçəkən bəyanatla çıxış edib.

Globalinfo.az xəbər verir ki, Cənubi Karolina ştatının Rok Hill şəhərində dəstəkçiləri qarşısında danışan Ağ Ev rəhbəri, Respublikaçılar Partiyasının konqresdə qalib gələcəyi halda hər bir yetkin amerikalıya 5000 dollar məbləğində ödəniş edəcəyi vədini bir daha təkrarlayıb.

Aralıq Konqres seçkiləri öncəsi Trampın “Tramp dividend”i adlandırdığı bu təklif ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib.

İlk dəfə sentyabr ayında Dallasdakı Respublikaçı Milli Konqresində irəli sürülən bu plana əsasən, Respublikaçılar Partiyası Konqresdə üstünlüyü qazanarsa, ölkənin hər bir yetkin vətəndaşına 5000 dollar ödəniləcək. Tramp çıxışında eyni zamanda xəbərdarlıq edib ki, seçkilərdə Demokratların qalib gəlməsi amerikalılara “əsl cəhənnəm” yaşadacaq.

“The Guardian” nəşrinin hesablamalarına görə, ABŞ-da 235 milyondan çox yetkin insan yaşayır. Bu qədər şəxsə 5000 dollar paylamaq dövlət büdcəsinə 1 trilyon dollardan çox əlavə yük gətirəcək.

Qeyd edək ki, ABŞ-da ölkənin gələcək siyasi kursunu müəyyən edəcək Aralıq Konqres seçkiləri 3 noyabr 2026-cı ildə keçiriləcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: