1680079398 irevan1

Sosial şəbəkələrin Ermənistan seqmentində Paşinyanın bazar günü axşam hökumətdə “təmizləmələr” həyata keçirdiyi iddia edilir.

Globalinfo.az xəbər verir ki, shamshyan.com saytının məlumatına görə, baş nazir bu gün sərt söhbət etdiyi ərazi idarəetmə naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Balasyanı yanına çağırıb. Məhz bundan sonra məmurlar istefa ərizələrini təqdim ediblər.

“24news” saytının iddiasına görə, daxili işlər naziri Vahe Kazaryan da istefa verib.

Həmçinin İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan da istefa verdiyi deyilir.

Hələ ki iddialar rəsmi təsdiqini tapmayıb.

İstefaların Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrini bu yaxınlarda danlamasından sonra baş verdiyi bildirilir.

Paylaş: