rusiya ukrayna 900x600 1

Avropalı nümayəndələr Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı keçiriləcək üçtərəfli danışıqlarda iştirak etməyəcəklər.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə görüşəcək”, – o bildirib.

Qeyd edək ki, “Politiko” nəşri Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik məsələləri üzrə müşavirlərinin Əbu-Dabidəki danışıqlar zamanı yaxınlıqda olacaqlarını bildirmişdi. Nəşr ölkələrin danışıqlarda gələcək iştirakının prosesin gedişatından asılı olaraq müəyyənləşdiriləcəyini də qeyd etmişdi

Paylaş: