WhatsApp Image 2026 01 08 at 15.16.11

 “Artıq bir neçə gündür Ermənistanın demək olar ki, bütün yerlərinə, xüsusən də bol məhsul olan ərazilərə güclü dolu yağır. Yumurta boyda dolu məhsulları amansızcasına məhv edir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Nairi Hotsikyan deyib. 

“Ermənistanın Baş naziri Nikol Paşinyan dünən anomal yağıntının səbəbini öyrənmək zərurəti ilə bağlı ritorik sual verdi. Razıyam, dolu əleyhinə stansiyaların niyə düzgün işləmədiyini, dolu buludlarını vaxtında dağıtmadığını öyrənməliyik.

Bəlkə də bu, erməni fermerin məhsul əldə etməməsi və hökumətin artıq Rusiyaya ixracın məhdudlaşdırılmasını əsaslandırmaq və ya kompensasiya etmək məcburiyyətində qalmaması üçündür? Məhsul yığılmadığı təqdirdə dövlət niyə zərər çəkmiş fermerə subsidiya verməlidir?”, – deyə o bildirib.

N.Hotsikyan xatırladıb ki, hökumət bağlanmış Rusiya bazarının müqabilində Avropa İttifaqı () bazarını açacağına söz verib:

“Amma Avropa Ermənistana qapılarını açmaq niyyətində deyil. Deməli, bu bağlı qapılar üçün başqa bir bəhanə tapmaq lazımdır. Əgər məhsul yoxdursa və dolu onu məhv edibsə, Avropaya nə ixrac olunacaq? Bir zərbə ilə iki hədəf vurulur. Nə deyirsiniz?”

Qeyd edək ki, iyunun 20-də Ermənistanın bəzi ərazilərinə dolu yağıb. Bağanıs Ayrım, Koti kəndi, Voskevan, Əskipara yaşayış məntəqələri daha çox zərər görüb.

Xatırladaq ki, eyni tarixdə Qazax və Ağstafa rayonlarına da dolu yağmışdı.

noyemberyan hamaynqum karkuty na 9583632 363222

noyemberyan hamaynqum karkuty na 2625968 363222

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: