er

Ermənistanda seçkilər bitsə də, siyasi gərginlik qalmaqdadır.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, Nikol Paşinyan “köhnə komanda”dan qalan oliqarxlara qarşı təzyiqləri artırıb. “Mamul” nəşri tanınmış erməni vəkil Varduhi Sarkisyana istinadən yazıb ki, bu prosesə daha çox sadə insanlar sevinir.

Vəkil deyib: “Oliqarxların bizneslərinin əlindən alınmasına sevinənlər üçün iki pis xəbərim var. Birincisi, bu bizneslər sizə verilməyəcək. Belə biznesdən əldə edilən mənfəətin onda bir hissəsinin hətta 0,1%-i belə sizin cibinizə getməyəcək.

İkinci məqam isə odur ki, Ermənistan Respublikası əgər gələcəkdə mövcudluğunu qoruyub saxlaya biləcəksə, mənim və sizin verdiyimiz vergilər hesabına həmin oliqarxiyaya beş qat, daha çox pul ödəniləcək”.

Paylaş: