iranakan patvirakutyan inqnati n363219 1

Vaşinqtonla birbaşa danışıqlar üçün İsveçrəyə gedən İran nümayəndə heyətinin təyyarəsi diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici mediada paylaşım edilib.

Belə ki, təyyarənin üzərinə Minabdakı ibtidai məktəbə edilən hücumun qurbanlarının xatirəsinə “Minab 168” yazılıb.

Qeyd edək ki, ABŞ vitse-prezidenti Ceyms Di Vens də danışıqlarda iştirak etmək üçün İsveçrəyə gəlib.

Xatırladaq ki, İranın Minab şəhərində yerləşən Şəcərəyi-Təyyibə ibtidai məktəbinə edilən hücum nəticəsində təxminən 168–170 nəfər, əsasən uşaqlar və müəllimlər həyatını itirib. Bir sıra beynəlxalq media orqanlarının məlumatına görə, məktəb binası “Tomahawk” raketi ilə vurulub. Hadisə beynəlxalq səviyyədə geniş rezonans doğurub və araşdırma çağırışlarına səbəb olub.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: