Pakistan Baş naziri Şahbaz Şərifin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ və İran arasında danışıqlarda iştirak etmək üçün İsveçrəyə gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Şərif Pakistanın Müdafiə Qərargah rəisi, feldmarşal Asim Munir ilə birlikdə bu gün Bürgenştokda keçiriləcək İslamabad Anlaşma Memorandumunun həyata keçirilməsi ilə bağlı yüksək səviyyəli danışıqlarda iştirak edəcək.
Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens daha əvvəl İsveçrəyə gəlmişdi.
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti şənbə günü axşam İsveçrəyə səfər edib.
Əliyar Xəlil
Globalinfo.az