İran nümayəndə heyəti İsveçrənin Sürix şəhərinə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilir ki, nümayəndə heyətinin tərkibinə İran Məclisinin spikeri Məhəmməd Bağır Qalibaf, XİN başçısı Abbas Əraqçi, Təhlükəsizlik Şurası katibinin müavini Əli Bağıri Kani və Mərkəzi Bankın katibi Abdulnəsir Həmmati daxildir.
ABŞ və İran tərəfi ikitərəfli memorandumun reallaşdırılmasını müzakirə edəcəklər.
Qeyd edək ki, Pakistan hökumət başçısının ofisinin məlumatına görə, Pakistanın Baş naziri Şahbaz Şərif və ölkənin Silahlı Qüvvələrinin komandanı, feldmarşal Asim Munir də ABŞ və İran arasında keçiriləcək danışıqlarda iştirak etmək məqsədilə İsveçrəyə səfər ediblər.
**19:36
İranın “Minab 168” nümayəndə heyəti ABŞ ilə danışıqlar üçün İsveçrənin Sürix şəhərinə yola düşüb.
Flobalinfo.az “Report”a istinadla xəbər verir ki, nümayəndə heyətinə parlamentin sədri Məhəmmədbaqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurası katibinin beynəlxalq məsələlər üzrə müavini Əli Baqiri, Mərkəzi Bankın sədri Əbdülnasir Hümməti, İran Milli Neft Şirkətinin rəhbəri Həmid Bord, xarici işlər nazirinin müavini Kazım Qəribabadi, XİN-in sözçüsü İsmayıl Bəqai, eləcə də digərləri daxildir.
İ. Bəqainin sözlərinə görə, bu səfər qarşı tərəfin öhdəliklərini yerinə yetirməsinə nəzarət etmək məqsədi daşıyır: “Qarşı tərəfin öhdəlikləri pozması təcrübəsini nəzərə alaraq, biz onlardan razılaşmaya əməl etməyi ciddi şəkildə tələb etməliyik”.
Qeyd edək ki, ABŞ ilə İsrailin İrana hücumları zamanı ümumilikdə 281 şagird və müəllim həlak olub. Onlardan 168-I Minabdakı qızlar məktəbinin bombalanmasından sonra ölüb. İran nümayəndə heyətinin belə adlandırılması hərbi cinayət xatırlatması kimi xarakterizə olunur.