breaking badde gus fring roluyle taninan giancarlo esposito musluman oldu 3342979 202606211012 8

“Breaking Bad” serialında Gus Fring rolu ilə tanınan məşhur aktyor Giancarlo Esposito ilə bağlı diqqətçəkən xəbər yayılıb.

Globalinfo.az xəbər verir ki, aktyorun islam dinini qəbul etdiyi iddia olunur.

Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin rəhbəri Turki Al-Sheikh bildirib ki, Esposito ölkədə olduğu müddətdə müsəlmanlarla yaxın ünsiyyət qurub və yaşadığı bəzi təcrübələrdən təsirlənib.

İddialara əsasən, aktyor kəlimeyi-şəhadət gətirib, daha sonra isə film heyəti ilə birlikdə məscidə gedərək namaz qılıb.

Xəbər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.

Bildirilir ki, Esposito həmin dövrdə Səudiyyə Ərəbistanında çəkilən 7 Dogs filminin çəkilişlərində iştirak edib.

Layihədə onunla yanaşı Ahmed Ezz, Monica Bellucci, Salman Khan, Sanjay Dutt və digər tanınmış simalar rol alırlar.

Qeyd edək ki, hazırda Giancarlo Espositonun İslamı qəbul etməsi ilə bağlı beynəlxalq nüfuzlu media orqanlarında geniş təsdiqlənmiş məlumat yoxdur.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: