owl detail 620 698acf3dcc57ffb63f02ffaed28ee363

ABŞ hökuməti Əfqanıstandakı hərbi iştirakını yenidən nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın (WSJ) məlumatında qeyd olunub.

Bildirilir ki, rəsmi Vaşinqton Taliban nümayəndələri ilə bu məsələ üzrə gizli danışıqlar aparır. Söhbət ABŞ-ın Baqram aviabazasında məhdud kontingentin yerləşdirilməsindən gedir. Plan çərçivəsində baza əsasən antiterror əməliyyatları üçün istifadə edilə bilər.

Xatırladaq ki, ABŞ qüvvələri 2001-ci ildə Əfqanıstana daxil olub, 2021-ci ilin avqustunda tam çıxarılıb. Həmin vaxt Baqram aviabazası da Talibanın nəzarətinə keçmişdi.

Bundan öncə Taliban ABŞ administrasiyasından rəsmi tanınma və Kabil şəhərində yerləşən səfirlik binasının geri qaytarılmasını tələb etmişdi.

Tahir Turan
Globalinfo.az

Paylaş: