Türkiyəli məşhur müğənni Soner Sarıkabadayının Azərbaycan mahnılarına marağı diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, sənətçi “TikTok” hesabında paylaşdığı son iki videoda trend mahnılardan istifadə edib.
Xüsusilə azərbaycanlı müğənni Nuri Serinləndiricinin məşhur “O gözəl xanımdır” mahnısı müzakirə yaradıb.
Bəziləri təəccübünü gizlədə bilməyib, hətta hesabın oğurlandığını düşünənlər də olub.
Digərləri isə bunun ifaçının tezliklə Azərbaycanda konsert verəcəyinə işarə hesab edib.
Həmin görüntüləri təqdim edirik:
@sonersarikabadayiO benim canımdır.🫶🏼
Safura Bənnayeva
Globalinfo.az