pasinyan masin 900x506 1

Ermənistanın Ararat vilayətinin Balaovit icmasında “Vətəndaş Müqaviləsi” partiyasının yerli qərargah rəhbərinə qarşı sui-qəsd cəhdi baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, üç nəfər şəxs yerli sakinə qarşı silahlı hücum həyata keçirib.

Nazirlik adları açıqlamasa da, şübhəlilərin cinayəti əvvəlcədən planlaşdırdığı və aprelin 26-dan etibarən zərərçəkənin hərəkətlərinin izlənildiyi vurğulanıb.

Onlar avtomobil yuma məntəqəsinin ərazisində hücuma cəhd göstərsələr də, planlarını həyata keçirə bilməyərək hadisə yerindən qaçıblar.

Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb, üç şübhəli saxlanılıb. Hadisənin motivləri hələlik məlum deyil.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: