pala

Son günlər Ermənistanın digər ölkələr tərəfindən silahlandırılması yeni müharibənin başlayıb-başlamayacağı ilə bağlı fikirlər yaradıb. Digər tərəfdən həmin texnikaların köhnə, istifadəyə yararsız olduğunu iddia edənlər də var.

Hindistandan alınan “Pralay” raketləri Ermənistan ordusu üçün effektiv olacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, Hindistan dünyada silah satan ölkə kimi tanınmır:

“Əksinə, ən çox silah alan ölkələrdən biridir. Hindistan ordusunun silahlarının 60 faizə yaxını Rusiya silahlarıdır. Onun Ermənistana satmaq istədiyi raketlər də Rusiya texnikaları əsasında yaradılıb. Müasir raketlər hesab olunmur. Azərbaycanın daha yaxşı, müasir silahlar almaq imkanı var. Rəsmi Bakı bu imkanından həmişə istifadə edib, etməyə də davam edəcək”.

Abutalib semedov 121

Abutalıb Səmədov

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın hava hücumundan müdafiə sistemləri Ermənistanla müqayisədə çox yüksək səviyyədədir:

“Ermənistanın Hindistandan raketlər almaqla Azərbaycan üzərində hərbi üstünlük qazanacağını güman etmirəm. Bu addımlarla həm Hindistanla münasibətləri yaxşılaşdıra, həm də inamını itirmiş erməni əhalisi üçün müəyyən ümid yeri ola bilər. Ümumiyyətlə, Ermənistan ordusu Azərbaycan ordusu ilə müqayisə olunacaq səviyyədə deyil. Aradakı fərq günü-gündən artmaqdadır. Əhalinin narahatlığına səbəb yoxdur”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: