Kanada Rusiyanın G7-yə qayıtmasına etiraz edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kanada xarici işlər naziri Melani Joli onlayn brifinq zamanı məlumat yayıb.

“Rusiyanın G7-yə qaytarılması barədə söhbət düşəndə mən dərhal dedim: “Heç vaxt!”, – Joli qeyd edib.

XİN başçısı bu məsələni avropalı həmkarları ilə müzakirə etdiyini də vurğulayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiyanın 2014-cü ildə G8-dən çıxarılmasının yanlış qərar olduğunu bildirib və onun yenidən birliyə qayıtmasına sevinəcəyini qeyd edib. Bu da bir sıra kanadalı siyasətçinin etirazına səbəb olub.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: