Ermənistan üçün dağıdıcı son yaxınlaşır – Vardanyan

 “Qarabağın Azərbaycan ərazisi kimi tanınmasını elan etməsindən sonra Nikol Paşinyan erməni dövlətçiliyini sual altında qoyur”.

Globalinfo.az xəbər verir ki, bunu erməni separatçı Ruben Vardanyan deyib.

“Dəfələrlə xatırlatmışdım, Qarabağdan imtina Ermənistan dövlətçiliyi üçün dağıdıcı olacaq. Paşinyan daxildən bizim dəyərlər sistemimizə hücum edir”, – separatçı bildirib.

O vurğulayıb ki, Paşinyan ordu, din, dövlətçilik, tarixi yaddaş kimi dəyərlərə zərbə vurub.

Tahir Turan
Globalinfo.az