ermeni derslikleri

Ermənistan hökuməti ölkədə tədris olunan tarix dərsliklərinin adını dəyişdirib.

Globalinfo.az xəbər verir ki, qərar bu gün Nikol Paşinyanın rəhbərliyi ilə keçirilən hökumətin iclasında qəbul edilib. Qərara əsasən bundan sonra tarix dərslikləri “Ermənilərin tarixi” əvəzinə “Ermənistan Tarixi” adlanacaq.

Nikol Paşinyan qəbul edilən qərarın mühüm əhəmiyyət daşıdığını açıqlayıb:

“Mənim dəyərləndirməmə görə, biz hazırda dövlət anlayışına yüksəlmə prosesindəyik. Buradan dünya tamam fərqli görünür. Bu, fövqəladə vacib prosesdir və söhbət təkcə adın dəyişdirilməsindən getmir”.

Qeyd edək ki, Ermənistanda tarix dərsliklərinin adının dəyişdirilməsi uzun müddət müzakirə mövzusu idi. Bu ilin fevralında təhsil naziri Janna Andreasyan belə addımı “Ermənistanda yaşayırıq və məktəblərdə Ermənistan tarixi tədris olunmalıdır” şəklində izah etmişdi. Hakim partiyadan deputatlar isə bu qərara qarşı çıxanların Ermənistana qarşı çıxdıqlarını bildirmişdilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: