Ermənistan qeyri-müəyyənliyə doğru gedir – Abramyan

“Son günlərin əsas müzakirə mövzusu Ermənistanın hansı istiqamətə yönələcəyi ilə bağlıdır. Yəni İrəvanın Avropaya, yaxud ABŞ-a doğru istiqamətlənəcəyi, yoxsa öz hazırkı mövqeyində dağılmış formada qalacağı sual doğuran məqamlardandır. Amma ölkə vətəndaşları bəzi reallıqlardan xəbərsizdir”.

Globalinfo.az xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan deyib.

“Vətəndaşlarımızın çoxu bilmir ki, hazırda 10 ölkənin Avropa İttifaqı üzvlüyünə namizəd statusu var. Eyni zamanda Türkiyə, Gürcüstan, Ukrayna və Moldova illərdir yekun qərarı gözləyir. Vətəndaşlarımız bilmir ki, Makedoniya, Monteneqro, Serbiya, Albaniya, Bosniya və Kosovo bir çox rıçaqlara və Avropanın maliyyə resurslarına baxmayaraq, hətta yaxın gələcəkdə də Aİ-yə üzv olmayacaqlar. Çünki avropalılar İttifaqın sərhədlərinin genişlənməsinə qarşı çıxırlar. Belə olan halda isə Ermənistan qeyri-müəyyənliyə və macəraya doğru gedir” – deyə Abramyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az