Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyalar arasında razılaşdırılan reqlament sənədini təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Xaçaturyanın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bundan öncə reqlament parlament tərəfindən uzun müzakirədən sonra təsdiqlənmişdi. Müxalifət o zaman hökuməti xəyanətdə ittiham etmiş, Azərbaycanın bu sənədi təsdiqləməyəcəyini iddia etmişdi. Ermənistanın hakim partiyasının nümayəndələri isə bu iddianı rədd edərək, Azərbaycanın onlara heç bir problem yaratmadıqlarını bildiriblər.
Əliyar Xəlil
Globalinfo.az