Cənubi Qafqazda uzunmüddətli sülhün yolu bölgənin üç ölkəsi arasında vahid bazarın yaradılmasından keçir.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ” analitik mərkəzinin rəhbəri Tatul Manaseryan deyib.
O, əvvəl-axır Azərbaycan, Gürcüstan və Ermənistanın müştərək bazarını formalaşdıraraq regional güclərdən asılılıqlarına sona qoyacaqlarını bildirib:
“Regiondakı əsas güclərin arasında konfrontasiya var və onlar heç vaxt bir yerə gələ bilməyəcəklər. Bu ziddiyyətlər ucbatından Cənubi Qafqazda stabillik olmayacaq. Ona görə də üç ölkə ilk növbədə oturub, bir-biri ilə danışmalıdır. Nə Gürcüstan, nə Ermənistan, nə də Azərbaycan özlərinin böyük olmayan bazarları ilə regiondankənar oyunçular və transmilli korporasiyalar üçün maraqlı deyillər. Daimi konflikt situasiyası ilə onları ümumiyyətlə qorxudur”.
Əliyar Xəlil
Globalinfo.az