Ermənistan parlamentinin iclası bu səbəbdən baş tutmadı

f9ee2dbe 83f5 3397 825a f5688b670bc5 850

Ermənistan parlamentinin növbədənkənar iclası baş tutmayıb.

Globalinfo.az xəbər verir ki, buna səbəb parlamentin iclasının boykot edilməsi olub.

Belə ki, hakim “Mülki Müqavilə” partiyasından olan deputatlar iclasa gəlməyib və proses təxirə salınıb.

Xatırladaq ki, bugünki iclasın gündəliyinə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefaya çağırışının müzakirəsi də daxil idi. Təşəbbüsün müəllifi isə parlament müxalifəti olub.

Müşviq Tofiqoğlu
Globalinfo.az