Ermənistan parlamenti Bakıya görə təcili toplanır

Ermənistan parlamentində Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası prosesi ilə bağlı təcili sessiya keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bunu parlamentin spikeri Alen Simonyan deyib.

Sessiyanın parlamentin “Hayastan” və “Şərəfim var” fraksiyalarının təklifi əsasında keçirilməsinə qərar verildiyi açıqlanıb.

İclasda xarici işlər naziri Ararat Miroyan və baş nazirin müavini, demarkasiya komissiyasının üzvü Mqer Qriqoryanın iştirak edəcəyi deyilib.

Ayşən Mustafa
Globalinfo.az