Ermənistan MN sərhəddəki əhaliyə xəbərdarlıq etdi

Bu gün saat 08:10-dan 08:40-a qədər Azərbaycanın Qazax rayonu ilə sərhəddə yerləşən Tavuş rayonunda partlayış işləri aparılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Bildirilib ki, işlər Berkaberdən (Bibiş) 1540 m şimal-şərqdə həyata keçirilib.

Qeyd edək ki, Qazaxın 4 kəndinin qaytarılmasından sonra Ermənistan MN həmin ərazidə minatəmizləmə işləri görür.