ermeni esger oldu

Ermənistan tərəfi bu gün səhər saatlarında Azərbaycanla şərti sərhəddə törətdikləri təxribat zamanı məhv edilən hərbçilərinin adlarını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Məhv edilən erməni hərbçilər bunlardır:

Andranik Arşakoviç Antonyan, Arsen Aleksandroviç Mkrtiçyan, Vaçaqan Saroyeviç Vardanyan, Narek Karenoviç Poqosyan.

photo 2023 09 01 23 31 35

Vaçaqan Vardanyan 

***16:20

Ermənistan ordusu səhər saatlarında törətdiyi təxribat nəticəsində itkilərinin sayını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün baş verən toqquşmalarda Ermənistan ordusunun dörd hərbçisi ölüb, bir nəfər yaralanıb. Yaralı hərbçinin vəziyyəti açıqlanmayıb.

Malik Liftiyev
Globalinfo.az

Paylaş: