Ermənistan KTMT-dən çıxmaqla nələrdən məhrum olacaq?

“Artıq KTMT-də iştirakın dayandırılması ilə bağlı presedentlər olub. Özbəkistan daha əvvəl bu istəyini ifadə edib. Ancaq Ermənistanın bu istəyi ciddi təhlükəsizlik problemlərinə səbəb ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu KTMT-nin keçmiş Baş katibi Nikolay Bordyuja deyib.

O bildirib ki, İrəvanın fəaliyyətini de-yuri dondurması Ermənistanın KTMT-də səsvermə hüququnu və müdafiəsini itirməsi ilə nəticələnəcək.

Bordyuja qeyd edib ki, Ermənistan təşkilatda üzvlüyünü dayandırsa, İrəvan daha qərarların qəbulu prosesində və ümumi təhlükəsizliyin möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlərdə iştirak etməyəcək.

Keçmiş Baş katib KTMT-də iştirakın rəsmi dayandırılması mexanizminin mövcud olduğunu da diqqətə çatdırıb. Belə ki, 28 iyun 2012-ci ildə Özbəkistanın KTMT-də üzvlüyünün dayandırılması ilə bağlı təşkilata nota göndərilib. Həmin ilin dekabrın 19-da isə Özbəkistan KTMT-dəki fəaliyyətini rəsmi olaraq dayandırıb.