Ermənistan Hindistandan PUA əleyhinə sistemlər alacaq – KİV

“Ermənistan Hindistandan pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə vasitələri alacaq”.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “EurAsian Times” yayıb.

Portal yazır ki, Ermənistan Hindistan istehsalı olan sistemlərin alınması ilə bağlı “Zen Technologies” şirkəti ilə 41,5 milyon dollar dəyərində müqavilə bağlayıb. Müqavilə isə öz növbəsində həm sistemlərin çatdırılmasını, həm də şəxsi heyətin hazırlığını nəzərdə tutur.

Bildirilir ki, Hindistan Silahlı Qüvvələri özü sözügedən sistemlərdən 2021-ci ildə istifadə etməyə başlayıb.

Xatırladaq ki, daha əvvəl də Ermənistanla Hindistan arasında dəyəri milyonlarla dollar təşkil edən hərbi müqavilələr imzalanıb.