“Məğlub lider ya özünə qəsd edir, ya hakimiyyətdən gedir” – Qalstanyan

default

“Dünyada elə bir lider yoxdur ki, məğlubiyyəti ilə fəxr etsin”.

Globalinfo.az xəbər verir ki, bunu erməni arxiyepiskop Baqrat Qalstanyan deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın “44 günlük müharibə suverenlik və müstəqilliyimizə doğru yol oldu” fikirlərinə münasibət bildirən arxiyepiskop bu fikirlərlə razılaşmadığını dilə gətirib.

“Belə bir şey görülməyib. Bir insan onun səbəbindən baş verən məğlubiyyət barədə necə belə danışa bilər?

Dünyada elə bir lider yoxdur ki, məğlubiyyəti ilə fəxr etsin. Onlar ya intihar edirlər, ya da dövlət daha çox itki verməsin, yaxud da xalq yenidən ayağa qalxa bilsin deyə hakimiyyətdən gedirlər”, – deyə o, qeyd edib.

Xatırladaq ki, fevralın 4-də Vaşinqtonda erməni icması ilə görüşən Nikol Paşinyan 44 günlük müharibə zamanı yaşadıqları məğlubiyyəti ölkəsinin “suverenlik və müstəqillik yolunda addımı” kimi qiymətləndirdiyini deyib.

Aysel Əliyeva
Globalinfo.az